Rusiyada koronavirusdan gündəlik ölüm sayı 1000 nəfəri keçdi
Rusiyada pandemiya başlayandan bəri ilk dəfə gündəlik ölüm sayı 1000 nəfəri keçib.
Bu barədə RF Operativ Qərargah xəbər verib.
Məlumata görə, koronavirusa bir gündə 33 208 min nəfər yoluxub, bu pandemiya başlayandan bəri yeni rekorddur. Həmçinin sutka ərzində 1002 xəstənin ölümü qeydə alınıb, bu da pandemiya başlayandan bəri maksimum göstəricidir.
Ümumilikdə, pandemiya dövründə Rusiyada 7,9 milyon koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 222,3 mini ölüb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş