Həbsxanada yanğın: 41 məhkum öldü
Şəffaflıq.az İndoneziya KİV-nə istinadən xəbər verir ki,İndoneziya Hüquq və İnsan Haqları Nazirliyinin Cəzaçəkmə Müdirliyinin sözçüsü Rika Apriant, verdiyi açıqlamada, narkotik cinayətlərindən məhkum edilmiş məhbusların qaldığı C Blokunda baş verən yanğın nəticəsində 39 məhkumun yaralandığını söylədi.
Həbsxanaya nəzarəti ələ keçirmək üçün bölgəyə yüzlərlə əsgər və polis göndərilmiş, yerli vaxtla 01: 00-02: 00 arasında başlayan yanğın tamamilə söndürülmüşdür.
Yanğının səbəbi hələlik məlum deyil.
Tutumundan artıq tutulduğu İndoneziya həbsxanalarında tez -tez iğtişaşlar və qaçışlar olur. Yanğının baş verdiyi Tangerang Həbsxanası rəsmi statistikaya görə 1225 nəfər tutumuna malikdir, lakin həbsxanada təxminən 2000 məhbus saxlanılır.
Hazırladı:Vahid Təkani.
Şəffaflıq.az
Facebook-da paylaş