Ceyhun Bayramov Minskə yola düşüb

 Oktyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.
Bu barədə Reporta Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun MDB XİNŞ-nin növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}