Çavuşoğlu: "Terrorçuları təmizləməkdən ötrü nə lazımdırsa, edəcəyik"
“Suriyada bizə və mülki insanlara qarşı hücumlara görə Rusiya və ABŞ məsuliyyət daşıyır”.
Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu nikaraqaulu həmkarı Denis Moncada Colindreslə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ərazidə təhlükəsizliyi təmin etmək üçün bütün zəruri addımlar atılacaq: “Terrorçuları təmizləməkdən ötrü nə lazımdırsa, edəcəyik. Bu mövzuda son dərəcə qətiyyətliyik”.
Xəbəri paylaş
Facebook-da paylaş