Çavuşoğlu Fransada səfərdə olacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 6-7 iyun tarixlərində Fransada səfərdə olacaq. Məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Qeyd olunub ki, Çavuşoğlu Fransaya həmkarı Jan-İv Lö Drianın dəvəti ilə səfər edəcək.
Tərəflər Türkiyə ilə Fransa, Türkiyə və Aİ arasındakı münasibətləri müzakirə edəcəklər. Bundan əlavə, regional və beynəlxalq gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}