Əsas Səhifə > Region > Çavuşoğlu Fransada səfərdə olacaq

Çavuşoğlu Fransada səfərdə olacaq


6-06-2021, 19:24
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 6-7 iyun tarixlərində Fransada səfərdə olacaq. Məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Qeyd olunub ki, Çavuşoğlu Fransaya həmkarı Jan-İv Lö Drianın dəvəti ilə səfər edəcək.
Tərəflər Türkiyə ilə Fransa, Türkiyə və Aİ arasındakı münasibətləri müzakirə edəcəklər. Bundan əlavə, regional və beynəlxalq gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.  

Geri qayıt