Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb
Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.
Bunu Xalq artistinin oğlu Yaşar Babayev deyib.
O bildirib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş