Arif Quliyevin oğlundan Xalq artistinin vəziyyəti ilə bağlı AÇIQLAMA
Şəffaflıq.az bildirir ki, ARB TV-nin “Elgizlə İzlə” verilişinə telefon bağlantısı ilə qoşulan xalq artisti Arif Quliyevin oğlu Rövşən atasının durumunun ağır olduğunu deyib:
“Qızdırması vardı, gətirdik klinikaya yerləşdirdik. Üç gündür buradadır. Hal-hazırda süni nəfəs aparatına qoşulub. Vəziyyəti çox pisdir. Danışa bilmirəm. Yaxşı idi, amma ağırlaşdı. Dua edək ki, sağalsın”.
Xəbəri paylaş
Facebook-da paylaş