Əsas Səhifə > Mədəniyyət > Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb

Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb


13-10-2021, 12:50
 Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.
Bunu Xalq artistinin oğlu Yaşar Babayev deyib.
O bildirib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".

Şəffaflıq.az

Geri qayıt