Sabaha gözlənilən hava proqnozu açıqlanıb

 Oktyabrın 12-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaq.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}