28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir

Azərbaycanda mayın 28-i Müstəqillik Günü və oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Şəffaflıq.az xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.
İndiyə qədər Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilir və bundan sonra mayın 28-i Müstəqillik Günü kimi qeyd ediləcək.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}