Əsas Səhifə > Siyasət > 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir
28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir6-10-2021, 12:04 |
Azərbaycanda mayın 28-i Müstəqillik Günü və oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Şəffaflıq.az xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb. İndiyə qədər Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilir və bundan sonra mayın 28-i Müstəqillik Günü kimi qeyd ediləcək. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq. Geri qayıt |