İsmayıllıda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib.

Bu münasibətlə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Şəffaflıq.az xəbər verir ki,İsmayıllı rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, qabaqcıl və veteran müəllimlər iştirak edib.
Tədbir iştirakçıları Böyük Qələbəyə həsr olunmuş sərgiyə baxış keçiriblər. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bayram tədbirində iştirak edən rayon rəhbəri Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O çıxışında Ümummilli lider Heydər  Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən , onların cəmiyyətin tərəqqisində və savadlı nəslin formalaşmasındakı rolundan danışıb.
Təhsil Şöbəsinin müdiri çıxış edərək  bildirib ki, bu il ümumtəhsil məktəblərini bitirən 702 nəfər şagirddən 400 nəfəri ali və orta ixtisastəhsili müəssisələrinə qəbul olub. Məzunlardan 21 nəfəri 600-dən çox, 70 nəfərdən çoxu isə 500-600 arası bal toplayıb.
Çıxış edən müəllimlər Ulu Öndər Heydər Əliyevin həmişə müəllim əməyini yüksək qiymətləndirməsindən, bu siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdiriliməsindən danışıb, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda İsmayıllı təhsilində müstəsna xidmətlər göstərmiş bir qrup  müəllim  Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Şöbəsi tərəfindən diplom və təşəkkürnamə ilə təltif olunublar.













 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}