Ukraynalı jurnalistlər Ağdama səfər ediblər

 Ukraynadan olan bir qrup media nümayəndəsi Ağdam rayonunun işğaldan azad olunmuş hissəsinə səfər edib.
Şəffaflıq.az xəbər verir ki, ukraynalı jurnalistlər Ağdam şəhərində İmarət kompleksini, Cümə məscidini, Qiyaslı məscidini ziyarət edib, Çörək muzeyinin və Dram Teatrının qalıqlarına baxıblar.
Qonaqlara ermənilərin 30 ilə ya xın işğal müddətində Ağdam şəhərinə vurduqları ziyan barədə məlumat verilib.


 Ağdamda törədilən dağıntıların şahidi olan media nümayəndələri yaxın gələcəkdə şəhərdə aparılacaq yenidənqurma və bərpa işləri haqqında da məlumatlandırılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}