İsmayıllıdan olan şəhid ailələrinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər
27 sentyabr Anım günü ilə əlaqədar İsmayıllıda silsilə tədbirlər həyata keçirilir.
Şəffaflıq.az xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub.
Şəhid ailələrinin arzusu ilə reallaşan bu səfərdə onlar 2020-ci il sentyabrın 27-dən noyabr ayının 10-dək davam edən Vətən müharibəsində düşməndən hərbi qənimət olaraq götürülən silah və sursatları, hərbi texnikası, habelə Müzəffər Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edilən “keçilməz istehkamları”nın maketləri ilə tanış olublar. Ziyarətçilərə parkda nümayiş olunan eksponatlar, onların yaradılması tarixi barədə məlumat verilib.
Ziyarətçilər təşkil olunan bu tədbirə görə minnətdarlıqlarını bildiriblər.
Facebook-da paylaş