Tural Abbaslı hökumətlə barışdı: “İstəmədim adımızla bağlı...”
Bunu hüquqşünas Xalid Ağaəliyev sosial şəbəkədə yazıb.
O qeyd edib ki, məhkəmənin belə qərarı tərəflərin anlaşdığına görədir:
"Hökumət 3 ay içində T.Abbaslıya 4 min avro mənəvi zərər əvəzi, vəkillərinə 500 avro xərc, məsrəf əvəzi ödəməlidir".
Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı ilə əlaqə saxladıq və o, bildirdi ki həmin qərar 2013-cü ildə onun barəsində tətbiq edilmiş inzibati xəta ilə bağlıdır:
"O zaman mitinqdə iştirak etdiyimə görə mənə cərimə yazılmışdı. Cəriməni ödəmədiyim üçün mənə inzibati işlərlə məşğul olmaqla bağlı məhkəmə hökmü çıxarılmışdı. Biz bu hökmlə bağlı Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdik".
Tural Abbaslının sözlərinə görə, qərar çıxmamışdan 2-3 ay öncə hökumət məsələ ilə bağlı ona barışıq təklif edib:
"Bununla da, dolayısı ilə öz yanlışlıqlarını etiraf etmiş olmuşdular. Biz də qərara aldıq ki, adımızla bağlı Azərbaycana qarşı ifadələr səslənməsin. Ona görə də gələcəkdə hakimiyyət bu sahədə şikayətçilərlə ünsiyyətə keçməlidir və onların sayının azaldılması istiqamətində işlər görülməlidir"\
Şəffaflıq.az
Facebook-da paylaş