Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin formalaşdırılmasına başlanılıb
Şəffaflıq.az xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, hazırda Baş İdarənin strukturunun formalaşdırılması, işçi qüvvəsinin planlaşdırılması, fəaliyyətinin təşkil edilməsi ilə bağlı zəruri təminat məsələlərinin həll edilməsi üzərində iş aparılır. Strukturun əsas bölmələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma və memarlıq məsələlərinin icrası, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, tikintiyə və istismara icazələrin verilməsi, eləcə də İdarənin fəaliyyətinin dəstəklənməsi məqsədilə digər təminedici struktur vahidlərindən ibarət olması nəzərdə tutulub. Baş İdarənin statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabərdir, Komitənin strukturuna daxil olan qurumdur. Bununla əlaqədar olaraq, Baş İdarədə dövlət qulluğu vəzifələrinə qəbul “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müsabiqə əsasında həyata keçiriləcək.
Facebook-da paylaş