Günün qoroskopu:Xoş təsadüflər, etiraflar olacaq.
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - günün ilk yarısı ciddi görüşlər, maraqlandığınız məsələlərin çözülməsi, önəmli danışıqlar üçün əlverişli zamandır. Situasiyadan yararlanmağa çalışın. Müsbət təmayüllərin təsiri güclənəcək.
Günün ikinci yarısında problemlər yarana bilər. Əhvalınız korlana bilər. Maliyyə məsələlərində diqqətli olun.
Axşam saatlarında ailədə ixtilaflar, gələcək planlarla bağlı mübahisələr yarana bilər. Heç gözləmədiyiniz halda kənar şəxsdən dəstək alacaqsınız. Müttəfiq hesab etdiyiniz insanlar isə ideyalarınıza soyuq yanaşacaqlar.
Buğa - ehtiyatlı olun. Yaxşı tanımadığınız insanla təmaslarda sayıq davranın. Yeni tanış olduğunuz insana sirrlərinizi verməyin. Bu adam ən yaxşı halda etimadınızı doğrultmayacaq. Əhvalınızı korlamayın.
İşgüzar məsələləri aktiv müzakirə edin.
Günün ikinci yarısı müstəqil fəaliyyət, peşəkar fəaliyyət müstəvisindəki problemlərin həlli üçün münasibdir. Çətinliklərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Alış-verişdə qeyri-adi əşyalar ala bilərsiniz.
Əkizlər - işgüzar ünsiyyət və planların həyata keçirilməsi üçün pis gün deyil. Etibarlı tərəfdaşlar, yardımçılar dadınıza çatacaq. Kömək təmənnasız olacaq.
Romantik münasibətlər baxımından əlverişli gündür. Təxəyülünüzü işə salın. İntuisiyanız iti olsun.
Günün ikinci yarısı qəfil gəlirlər ola bilər. Əldə etdiyiniz pulları ehtiyatla xərcləyin. Ümumiyyətlə, maliyyə məsələləri ilə bağlı fəaliyyətdə sərvaxt davranın.
Xərçəng - parlaq, yaddaqalan, uğurlu gündür. Başladığınız işləri yarımçıq qoymayın. Dəyişə bilmədiyiniz, təsir etmək imkanlarına malik olmadığınız situasiyaya süni müdaxilə etməyin.
Maraqlı görüşlər, xoş tanışlıqlar istisna deyil.
Günün ikinci yarısında illüziyalara qapılmayın, irreal olmayın. İfrat dərəcədə tələbkar olmayın.
Fəaliyyət üçün pis zaman deyil. Qarşınızda duran məqsədlərə çatmaq üçün diqqətli davranın. Sizə yardım edə biləcək insanları tapın.
Maliyyə fonu uğurludur.
Şir - günün ilk yarısından etibarən çətinliklər yarana bilər. İşdə və evdə həssas, diqqətli olun. Məntiqli olun. Özünüzə və ətrafınızdakı insanlara probelmlər yaratmayın. Çətinliklərdən qurtulmaq istəyirsinizsə, səylərinizi gərəkli istiqamətə yönəldin.
Günün ikinci yarısında situasiyanı nəzərə alın, durumu təhlil edin. Yaxın ətrafınızdakı insanları istək və niyyətlərini qulaqardına vurmayın.
Saatlar keçdikcə vəziyyət daha əlverişli olacaq. Maraqlı görüşlər və xoş tanışlıqlar istisna deyil. Yeni təmaslarla əlaqələr işgüzar baxımdan əlverişli olacaq. Axşam saatlarında əhvalınız yaxşılaşacaq. Alış-veriş edə bilərsiniz.
Qız - hadisələrlə zəngin gündür. Olayların hamısı xoş deyil. Maliyyə itkiləri və peşəkar fəaliyyət sahəsində problemlər istisna deyil. Gəlirlər azalacaq.
İnsanlarla ünsiyyətdə xüsusilə sayıq olun. Şayiələr və ya böhtan sizə zərbə vura bilər.
Günün ikinci yarısı dostlarla təmaslar, qeyri-formal ünsiyyət, son vaxtlar darıxdığınız insanlarla görüş üçün münasibdir. Yeni tanışlıqlar olacaq.
İntuisiyanıza inanın.
Axşam saatlarında ehtiyatlı olun.
Tərəzi - işlər o qədər də pis deyil. Əlavə problemlər yaratmayın. Yaxın ətrafınızdakı insanlar sizə müraciət etsələr, onların sözlərini qulaqardına vurmayın. Səhər saatlarından etibarən pozitiv olun. Məqsədə aparan yolda sizə maneələr yaratmağa kimsəyə imkan verməyin. Nikbin olun, aktiv çalışın. Baş verənlərə rəğmən təmkininizi pozmayın.
Günün ikinci yarısında qəfil işgüzar təkliflər ala bilərsiniz. Təklifləri dəyərləndirin. Emosiyaların məntiqi üstələməsinə imkan verməyin.
Evdə kiçik anlaşılmazlıqlar istisna deyil. Dəyər verdiyiniz insanlarla yaxşı münasibətləri korlamayın. Axşam saatlarında isə dəvət aldığınız məkana yollanın.
Pozitiv emosiyalar istisna deyil.
Əqrəb - çətinliklər yaranacaq. Rəqiblə və ya düşmən saydığınız insanla təmaslarda ciddi problemlər istisna deyil. Təbii olun, aqressiv davranmayın. Nikbin olun, çətinliklərin geridə qalacağını unutmayın. Çevik və qıvraq işləyin. Qeyri-adi, ağır situasiyada güzəştə getməyi bacarın. Bütün bunların sizə faydası ola bilər.
Günün ikinci yarısında ağır fiziki işlə məşğul olmayın. Travma riski var. Aldığınız borcu qaytarın.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - günün ilk yarısı əlverişlidir. Hadisələrin inkişaf məcrası qərarlarınızın dürüstlüyündən asılıdır. İşgüzar fəaliyyət müstəvisində ciddi dəyişikliklər ola bilər. Gəlirləri artırmağa, peşəkar mövqelərinizi möhkəmləndirməyə və daha səbatlı etməyə çalışın.
Yol verdiyiniz səhvləri təkrarlamayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki harmoniya pozula bilər. Məqsədə çatacağınıza şübhə etsəniz, fəaliyyətiniz qeyri-effektiv olacaq. Olmayan yerdə problem aramayın.
Unutmayın ki, ünvanınıza səslənən təriflər məkrli insanların hiyləsidir.
Oğlaq - günün ilk yarısında çətinliklər yaranacaq. Çətinliklərin həll yollarını arayın. Belədə yaxşı gəlir əldə etməklə yanaşı, faydalı əlaqələr qazana bilərsiniz. Sizdən çox iş tələb olunmur. İşlər gözlədiyiniz və istədiyiniz kimi deyilsə, əhvalınızı korlamayın. Situsiya sürətlə dəyişərsə, improvizələrə əl atın.
Günün ikinci yarısında işlərdə irəliləyişlər olacaq. Durumda fərqlər var.
Maraqlı görüşlər və xoş ünsiyətlər baş verəcək.
Gələcəklə bağlı planları diqqətlə hazırlayın. İrəliləyərkən kimsəyə fikir verməyin.
Dolça - işlər pis deyil. Müsbət təmayüllərin təsiri artacaq. Problemlərin həllində təxəyyülü işə salın. Dəyər verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Nüfuzlu insandan yardıma ala bilərsiniz. Şəxsi münasibətləri işgüzar əlaqələrə qatmayın.
Günün ikinci yarısı anlaşma, sövdələşmələr, müzakirələr və müqavilələr üçün münasib zamandır. Vasitəçilik fəaliyyəti ilə məşğul ola bilərsiniz. Yeni gəlir mənbələrini inadla arayın.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - maliyyə problemlərinin həlli üçün çox uğurlu gündür. Yaxşı gəlir əldə etmək şansları var. Sərfəli anlaşma və ya müqaviləyə nail olmaq üçün qətiyyətlə davranın. Ən gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz.
Bir zamanlar sizə yardım etmiş insana günün ikinci yarısında köməyinizi əsirgəməyin. Sərfəli anlaşmadan yaxşı pul əldə edəcəksiniz.
Səfərə və ya səyahətə yollana bilərsiniz. Xoş təsadüflər, etiraflar olacaq.
Axşam saatlarında darıxmayacaqsınız.Milli.Az
Facebook-da paylaş