Günün qoroskopu: Hər şeyi ürəyinizə salmayın.
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - gün uğurlu olacaq. Səylə və iradə ilə çalışsanız, ciddi uğurlara nail ola bilərsiniz. Əməyinizin bəhrəsini görəcəksiniz. Səfərlər ehtimal olunandan artıq vaxt alacaq. Ailədə fikir ayrılıqları istisna deyil.
Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə suçlayacaqlar.
Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü ifrat yormayın.
Buğa - narahat olmayın, nigaranlığa qapılmayın. Hadisələr nəzərdə tutduğunuz məcrada getməsə də, mahiyyət etibarilə pis gün deyil. İşlərdəki müəyyən durğunluq sizi sinirləndirə bilər. İstirahət və əyləncəni təxirə salın.
Aktiv olun, enerjili çalışın.
Günün ikinci yarısında səhhətinizdə problemlər yaranmayacaq. Orqanizmin tələblərini nəzərə alın. Mənasız və ifrat məhdudiyyətlərə ehtiyac yoxdur. Heç bir faydası olmayan işlərdən uzaq durun.
Emosional fon uğurlu deyil.
Əkizlər - əlverişli və yaxşı gündür. Mühüm işlərlə məşğul olun. Əvvəllər başladığınız işləri başa vurun. Astagəllik və passivlik etməyin. İstənilən yeni iş və ya layihənin perspektivlərini aydın təsəvvür etməyə çalışın. Hadisələrin inkişaf məcrasındakı qarışıqlığı nəzərə alın. Qarşınıza qoyduğunuz bəzi məqsədlərə iki-üç aydan sonra çata bilərsiniz.
Günün ikinci yarısında yeni tanışlıq, maraqlı görüş istisna deyil. Yaxın ətrafınızdakı insanların hamısına çox inanmayın. İllüziyaların qurbanı olmayın. Alış-verişdə bədxərclik etməyin.
Xərçəng - işgüzar təmaslar və peşəkar fəaliyyət üçün uğurlu zamandır. Müstəqil çalışın, kiminsə göstərişlərini yerinə yetirməklə işinizi bitmiş saymayın. Kommersiya əməliyyatları və praktiki qərarlar üçün münasib zaman sayıla bilər.
Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinlik yarana bilər. Sevdiyiniz insanla mübahisə etməyin. Fikir ayrılıqları və ixtilaflar tamamilə mənasız, kiçik məqamlara görə yarana bilər. Əsas mübahisə predmeti maliyyə məsələləri olacaq. Əhvalınızın pisləşməsi istisna deyil. Oynaqlardakı xroniki ağrılar şiddətlənə bilər. Özünüzü çox yormayın.
Şir - günün ilk yarısı ağır vəziyyət, ciddi problemlər vəd edir. Rəqiblə mübarizə asan olmayacaq. Asan qələbəyə bel bağlamayın. Geri çəkilməyin, qətiyyətli olun.
Rəqibi aldatmağa, onun zəifliyindən istifadə etməyə çalışın.
Günün ikinci yarısı daha asan, rahat olacaq. Doğrudur, kiçik uğursuzluqların yaranması, maneələrin formalaşması istisna deyil. Amma narahat olmayın: az sonra sürətlə irəliləyə biləcəksiniz.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə ciddi problemlər müşahidə olunmayacaq.
Qız - təmaslarda və ünsiyyətlərdə ehtiyatlı olun, sayıq davranın. Bu gün sizi aldatmağa, fırıldaqdan yararlanaraq öz maraqları üçün istifadə etməyə çalışan insanlar var. Yalan məlumatlar almağınız, istəmədiyiniz işə sövq edilməyiniz istisna deyil. İndiyədək etibar etdiyiniz insanlar belə əlaqələrdən öz maraqları üçün yararlanmaq istəyəcəklər.
Günün ikinci yarısı maliyyə baxımından sərfəlidir. Alış-veriş etmək olar. Yeni ideyaların yaranması istisna deyil. Həmin ideyalardan birindən yararlanaraq az sonra uğur əldə etmək, gəlirə yiyələnmək şansları var.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizin qeydinə qalın.
Tərəzi - işgüzar fəaliyyət baxımından uğurlu gün deyil. Bu səbəbdən də mürəkkəb, genişmiqyaslı işlərin reallaşdırılmasına başlamayın. Önəmli məsələləri müzakirə edərkən diqqətli olun. Əks təqdirdə münaqişə və ya mübahisə yarana bilər.
Günün ikinci yarısında vaxtınızı yaxşı keçirmək, sizdə rəğbət hissi yaradan insanlarla ünsiyyətdən həzz almaq imkanları yaranacaq.
Axşam saatlarında alış-verişə yollanmaq olar. Zövqünüzə güvənin, orijinal və gözəl əşyalar alın. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Problemi qeyri-adi şəkildə həll edə bilərsiniz.
Səfər və ya səyahətə yaxşı hazırlaşın.
Əqrəb - günün ilk yarısı çox uğurlu olacaq. Görüşlər və özünüzlə bağlı xoş təəssürat yaratmaq istədiyiniz insanla ünsiyyət üçün münasib zamandır. Xarici görkəminizdə ciddi qüsurların olmamasına çalışın. Qayğıkeş və nikbin davransanız, məqsədə daha tez çata bilərsiniz.
Günün ikinci yarısında kiçik problemlər və xoşagəlməz situasiya yarana bilər. Təəssüflənə bilərsiniz.
Nikbin olun, ruhdan düşməyin, kiçik milçəkləri böyük fillərə çevirməyin.
Mübahisələri səngidin. Bir sözlə, mənfi təmayüllərin təsirini minimuma endirməyə çalışın.
Oxatan - günün ilk yarısı uğurlu olacaq. Son vaxtlar darıxdığınız insanla görüş və ya sizə əziz insandan xəbərlərin alınması istisna deyil. Maraqlı ideyalardan birini yaxın vaxtlarda dostlar və ya qohumlardan birinin yardımı ilə həyata keçirə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Qəflətən yaranan problemlərdən biri sizi planlarda təcili dəyişikliyə vadar edəcək.
Əsla maraqlanmadığınız işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Maliyyə itkiləri istisna deyil.
Oğlaq - günün ilk yarısı uğurlu olacaq. Münasib zamandan qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün yararlanın. Yeni işlərə başlaya bilərsiniz.
Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Dəyər verdiyiniz insanla təmaslardakı fikir ayrılıqlarını aradan qaldırın.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Diqqətiniz dağılmasın. Önəmli qərar qəbul etməlisiniz. Alış-verişdə simiclik etməyin. İstirahət və əyləncəyə çox pul xərcləməyin.
Dolça - günün ilk yarısında sizi narahat edəcək, nigaranlıq yaradacaq məlumat və ya xəbər alacaqsınız. Xoşagəlməz hadisə yaşana bilər. Düşünülməmiş qərar nəticəsində səhvə yol verməyin. Bir qədər dözümlü olun. Zaman keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək, işlər qaydasına düşəcək. Yaxınlarınızla münasibəilərinizdə çoxdan bəri həllini tələb edən problemi çözün. Ailədə münasibətləri qaydaya salın.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər istisna deyil. Əlverişli zamandır. Yeni maraqlar formalaşacaq. Bilik və bacarıqlarınızı artırın, yeni məlumatlar əxz edin.
Balıqlar - müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Emosional fon yaxşı olmadığından əhvalınız tez-tez dəyişəcək. Bədbinliyə qapılmayın. Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıq, fikir ayrılıqları yarana bilər. Ünsiyyətdəki problemlər əhəmiyyətli deyil. Hər şeyi ürəyinizə salmayın.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək əlverişli deyil. Alış-veriş zamanı kəskin zərurət duyulmayan əşyalar almayın.
Axşam saatlarında səyahətə və ya səfərə yollanmaq olar. Əhvalınız yaxşılaşacaq. Yeni tanışlıqlar istisna deyil.Milli.Az
Facebook-da paylaş