Dünyada koronavirusa yoluxma sayı artır

Bu gün səhər saatlarına olan vəziyyətə görə, dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 221 936 662 nəfərə çatıb.
Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baltimorda yerləşən Cons Hopkins Universitetindən bildirilib.
Qeyd olunub ki, pandemiya başlayandan bu yana koronavirusdan ölənlərin sayı 4 586 188 nəfər təşkil edir.
ABŞ-da indiyədək 40 280 094 nəfər koronavirusa yoluxub ki, onların 650 532 nəfəri dünyasını dəyişib.
Hindistan və Braziliyada yoluxanların sayı 20 milyonu keçib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}