Bu gün görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin anım günüdür .

Əzizə Məmməd qızı Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 nömrəli məktəbdə alıb. Daha sonra təhsilini Teatr texnikumu və ikiillik Müəllimlər İnstitutunda davam etdirib.

 Təyinatla Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib.  Sonradan Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirən Ə.Cəfərzadə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin müdiri, Teatr texnikumunun müdiri, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru olub. O, “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətlər” mövzusunda namizədlik (fəlsəfə doktoru), “XIX əsr Azərbaycan poeziyasında, xalq şeiri üslubu” mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə edib. 
Ə.Cəfərzadə elmi fəaliyyətlə kifayətlənməyib, bədii yaradıcılıqla da məşğul olub, bir-birindən maraqlı əsərlər qələmə alıb. XX əsr Azərbaycan nəsrində onun yaradıcılığının xüsusi yeri var. O, milli-mənəvi dəyərlərin qorunması yolunda əlli ildən artıq yorulmadan fəaliyyət göstərib. Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatı Əzizə xanımın həmişə diqqət mərkəzində olub. Eyni zamanda müasir gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Ə.Cəfərzadə “Əzrayıl” adlı ilk hekayəsini on altı yaşında yazıb. Müəllifin ilk kitabı isə 1948-ci ildə çap olunub. Ancaq Moskvanın xüsusi qərarı ilə satışı dayandırılır. Sonra müsadirə edilib yandırılır. Bütün bunlara baxmayaraq, o, ruhdan düşmür. Əksinə, onun mübarizlik ruhu daha da coşub-daşır. Bir-birinin ardınca “Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni”, “Bakı-1501”, “Cəlaliyyə”, ”Sabir”, “Eldən elə”, "İşığa   doğru",  “Bəla”, “Rübabə-sultanım”, “Xəzərin göz yaşları” və s. əsərlərini qələmə almışdır.
Azərbaycanın Fəxri Mədəniyyət İşçisi ,
Qızıl qələm media mükafatı laureatı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}