Zaqatalada yüksək dağlıq ərazidə yanğın başlayıb.

Zaqatalada yüksək dağlıq ərazidə yanğın başlayıb.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, yanğın bu gün axşam saat 19:00 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonunun Car kəndi yaxınlığında yüksək dağlıq ərazidə qeydə alınıb.
Batma təhlükəsi ilə üzləşən daha 1 nəfər xilas edilib
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını, 20 nəfərə yaxın şəxsi heyəti cəlb edilib. İlkin məlumata görə, yanğın 2 hektara yaxın ərazini əhatə edir.
Ərazidə quru ot, kol-kos, xəzəl və qurumuş ağac budaqları yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}