Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəffaflıq.az-ın verdiyi məlumata görə, hadisə səhər saatlarında Zövlə kəndində qeydə alınıb. Mağazadan özü üçün şirniyyat alıb çıxan 2016-cı il təvəllüdlü Musa Ruslan oğlu Mirzəzadə yolu keçmək istəyərkən onu 44-BM-245 dövlət qeydiyyat nişanlı, "VAZ 2105" markalı avtomobil vurub. Avtomobilin sürücüsü, Masallı rayonu Əzizabad kənd sakini, 1992-ci il təvəllüdlü Miriş Sərhad oğlu Mirişli uşağı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq 5 yaşlı uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}