Erməni zabit və həyat yoldaşı partlayış nəticəsində ölüb

 Ermənistan silahlı qüvvələrinin zabiti və onun hamilə arvadı ölkənin şimal-qərbində, Gümrü şəhərində yerləşən evlərin birində qumbara partlaması nəticəsində ölüb.
Şəffaflıq.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hadisə bu gün ( 8 avqust – red) baş verib.
Bildirilib ki, hadisə yerinə gedən istintaq qrupu Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində kapitan rütbəsi ilə xidmət edən 35 yaşlı hərbçinin və 29 yaşlı hamilə həyat yoldaşının qumbara partlaması üçün xarakterik olan yaralarla meyitlərini tapıb.
Partlayışla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}