Ərdoğan: Türkiyədə meşə yanğınlarının əksəriyyəti lokallaşdırılıb

Türkiyənin 44 əyalətində iyulun sonunda başlayan 208 meşə yanğınının 196-sı lokallaşdırılıb. Beş əyalətdə - Antalya, Muğla, İsparta, Aydın və Denizlidə 12 yanğının söndürülməsi davam edir.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə rəhbəri vurğulayıb ki, dövlət bütün səylərini yanğınlarla mübarizəyə yönəldib.
Onun sözlərinə görə, təkcə yanğınların söndürülməsində 56 helikopter cəlb edilib.
Ərdoğan qeyd edib ki, Ukrayna Türkiyəyə gecəgörmə cihazları olan beş helikopter göndərib. Helikopterlər gecə-gündüz rejimində meşələrin söndürülməsinə cəlb ediləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}