Təhsil naziri müəllimlərə müraciət edib
Şəffaflıq.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, vakant yerlərin sayını hər il artırmaq mümkündür: “Vakansiyalar fənlər üzrə də fərqlənə bilər. Əvvəllər birinci sinfə şagird qəbulu çox olsa da, bu gün bu göstərici aşağı düşür. Ona görə də ola bilsin ki, növbəti illərdə ibtidai siniflər üzrə vakansiya sayı aşağı düşə bilər”.
O əlavə edib ki, müəllim olmaq istəyən namizədlərin heç də hamısı işsiz deyil: “Bizi də başa düşmək lazımdır ki, hamını Bakıda işə götürə bilmərik. Kənd məktəblərinin sayı kifayət qədərdir və həmin yerlərə də müəllim göndərmək lazımdır. Bəllidir ki, bəzi xanımların ailəvi məsələlərə görə ora getməsində müəyyən problemlər yaranır”.“Report”
Facebook-da paylaş