Təhsil naziri müəllim və şagirdlərə müraciət edib

 

"Ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur".


Şəffaflıq.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

"İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər", - deyə nazir bildirib.

O qeyd edib ki, sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}