“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Yay günlərində şəhərkənarı evdə istirahət edənlər, yaxud yeni mənzilə və ya ofisə köçənlər, evində ənənəvi internetə qoşula bilməyənlər “Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə edə bilirlər.
Olduqları hər yerdə kəsintisiz və keyfiyyətli internetlə əhatə olunmaq istəyənlər sadəcə ruteri özləri ilə götürməlidirlər. Avadanlıq “Nar” LTE şəbəkəsinin əhatə olunduğu hər yerdə internetə çıxış əldə etmək imkanı verir.
Qeyd edək ki, “Nar Wi-Fi” cihazını abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşür. “Nar Wi-Fi” ilə abunəçilərə 20 GB və 50 GB-lıq internet paketləri təqdim edilir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə çıxış əldə edir.
“Nar+” tətbiqi vasitəsilə cihazda cari paketin statusunu, hesab balansını yoxlamaq, eyni zamanda balansı artırmaq və yeni “Nar Wi-Fi” paketləri almaq mümkündür. Qurğu və tariflər haqqında daha ətraflı məlumatı https://www.nar.az/nar-wi-fi/ səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}