XAÇMAZDA DEPUTAT POLİSİ DÖYÜB? ŞOK...

 Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.
Şəffaflıq.az-a daxil olan məlumata görə, hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. Bildirilir ki, həmin restoran deputatın qohumunundur.
***
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.
Xaçmaz sakinləri Bakıpost.az-a açıqlamalarında hadisənin dünən Nabranda baş verdiyini bildiriblər.
Sakinlər qeyd edib ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib. Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.
Hazırda polis işə çıxmır.
Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gedib, ondan məsələni böyütməməyi xahiş ediblər.
DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə mətbuata deyib ki, Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə məlumat daxil olmayıb.Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.Bakupost.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}