Bəzi potensial və xroniki xəstəliklərin günahkarı qan qrupumuz olur və bu artıq tibbi olaraq sübut edilib.

Trombozdan pankreatitə kimi: insanın qan qrupundan asılı olaraq gələcəkdə bəzi xəstəliklərlə daha çox qarşılaşacaq.
Bəzi potensial və xroniki xəstəliklərin günahkarı qan qrupumuz olur və bu artıq tibbi olaraq sübut edilib.
Şəffaflıq.az xəbər verir ki, isveç alimlərinin böyük masştablı 20 illik elmi araşdırmaları yekunlaşıb.
1997-2017- ci illərdə onlar 1217 adda xəstəliyi araşdırıb. Onlardan 48-I birbaşa konkret qan qrupu ilə əlaqəli olduğu üzə çıxıb.
Burda anadangəlmə və irsi qan xəstəlikləri nəzərə alınmayıb. Söhbət tamam başla xəstəliklərdən gedir.
Məsələn, ikinci qrup qan sahibləri ürək damar, tromb, tromboza meyillidir.
Həzm orqanları, mədə-bağırsaq xoraları, 12 barmaq bağırsaq xəstəlikləri I qrup qanda olur.
Qalxanvari vəz xəstəlikləri, zob 2 və 4-cü qan qruplarında daha çox rast gəlinib.
Onkoloji xəstəliklərdən isə mədəaltı vəz şişi də II qrupda birinciyə nisbətən daha mütəmadi rastlanıb.
Qan qruplarına görə xəstəliklər:
0 - I qrup - qan laxtalanması pozulması, böyrəkdə daş, mədə-bağırsaq, onurğa problemləri, hamilələrdə yüksək təzyiq.
II qrup - tromboz, mədəaltı vəz xəstəlikləri, xərçəngin bəzi növləri
III qrup- qarışıqdır. Amma risklər çox azdır.
IV qrup - hormonal, öd daşı. /medicina.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}