Vüqar Səfərlinin məhkəməsi başlayır

 

Bu gün ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəməsi başlayır.

Şəffaflıq.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına veriləcəyi gözlənilir.
Qeyd edək ki, məhkəmədə qurumun digər 10 nəfər vəzifəli şəxsinin - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi araşdırılacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}