Rusiyada COVID ölümlərində həftəlik yeni rekord qeydə alınıb

 

İyulun 12-dən 18-dək Rusiyada koronavirus diaqnozu ilə vəfat edənlərin sayı 5417 nəfər təşkil edib.

Şəffaflıq.az xəbər verir ki, bu, həftəlik ölüm göstəriciləri üzrə rekord nəticədir.

Son həftə ərzində ölkədə virusdan ölüm əmsalı artaraq 2.49%-ə çatıb.

Bildirilib ki, Rusiyada koronavirusun ən fəal ocaqları Moskva, paytaxt ətrafı ərazilər, eləcə də Sankt-Peterburqdur.

Qeyd edək ki, ötən sutka ərzində ölkədə 25 mindən çox yeni yoluxma halı aşkarlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}