Şamaxıda “Azərsu”ASC Püdrəki və Bağırlı kəndində yeni layihələrin icrasına başlayıb.

 Şamaxı rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Püdrəki yaşayış massivi və Bağırlı kəndində yeni layihələrin icrasına başlanılıb.

"Azərsu" ASC-dən  verilən məlumata görə,Şəffaflıq.az xəbər verir ki, Şamaxı rayonunun Bağırlı kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Kənddə layihə icra olunana qədər sakinlər məhsuldarlığı kəskin azalmış bulaqdan istifadə edib və maşınlarla uzaq məsafədən su daşımaq məcburiyyətində qalıb.

2019-cu ildə dövlət proqramına uyğun olaraq su təminatı zəif olan Bağırlı kəndinə Oğuz-Qəbələ-Bakı su kəmərindən magistral xətt və kənddaxili paylayıcı şəbəkə yaradılmış və müxtəlif nöqtələrdə ümumi istifadə üçün su bulaqları quraşdırılmışdır.

Əhali tərəfindən həmin bulaqlara qanunsuz qoşulmaların edilməsi nəticəsində ciddi su itkilərinə yol verilmiş və kəndin bəzi ərazilərinə suyun verilişində problemlər yaranırdı. Bunları nəzərə alaraq kənddə mərkəzləşmiş şəbəkənin yaradılması üçün layihə hazırlanıb və Cəmiyyətin daxili imkanları hesabına icrasına başlanılıb.

Hazırda kənddə hər bir evə su xətlərinin çəkilməsi və sayğacların quraşdırılması işləri yekunlaşmaq üzrədir. İşlər başa çatdıqdan sonra hər bir ev təsərrüfatı kodlaşdırılacaq, suyun dəqiq uçotu aparılacaq və vətəndaşlar istifadə etdikləri suyun dəyərini ödəyəcəklər. Şamaxı rayonun Bağırlı kəndi ilə qonşuluqda yerləşən digər kəndlərdə də mərkəzləşdirilmiş içməli su şəbəkəsinin yaradılması nəzərdə tutulur.


Eyni zamanda Şamaxı şəhərinin Püdrəki yaşayış massivinin dayanıqlı içməli su təchizatının aparılması məqəsdilə anbar sahəsində yeni nasos stansiyası quraşdırılıb və 1 km uzunluğunda daşıyıcı xətt tikilib.
 Bu işlərin görülməsi ilə yaşayış massivində mövcud 150 abonentin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bununla yanaşı həmin massivin inkişaf zonasında yeni tikilmiş 100-dən artıq fərdi yaşayış evinin mərkəzləşmiş su təminatı məqsədilə layihə hazırlanıb və yaxın gələcəkdə icrasına başlanılacaq.шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}