Azərbaycan Özbəkistana 50 min doza peyvənd göndərib
Azərbaycan Respublikası Özbəkistan Respublikasına 50 min doza yeni növ koronavirus infeksiyasına qarşı peyvənd göndərib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə YUNİSEF-ın Özbəkistan nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, peyvəndlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycan Qırğızıstana da humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndi göndərəcək.
Xəbəri paylaş
Facebook-da paylaş