Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Şəmkirdə avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub.
Şəffaflıq.az-ın məlumatına görə, xəsarət alanlar "QAZel" markalı kiçik tutumlu yük maşınında olan Ağstafa rayon sakinləri, 1982-ci il təvəllüdlü Şahin Siyavuş oğlu Məmmədov və Ədalət Bayramovdur.
Qəza nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti isə dəqiqləşdirilir.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində, "QAZel" markalı kiçik tutumlu yük maşınınla "QAZ-31" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Nəticədə " "QAZ-31"də olan 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}