“Expressbank”dan hüquqi şəxslərə və fərdi sahibkarlara xüsusi təklif!
Əməkdaşlarınızı sevindirmək, onların işini rahatlaşdırmaq, əlavə gəlir qazanmaqları üçün imkan yaratmaq və üstəlik bütün bunları heç bir xərc çəkmədən etmək istəyirsinizsə bu təklif sizin üçündür!
“Expressbank” təqdim etdiyi yeni kampaniya çərçivəsində hüquqi şəxs və fərdi sahibkar müştərilərinə sayından asılı olmayaraq “Visa Expresso Salary” əmək haqqı kartlarını heç bir xidmət haqqı ödəmədən əldə etmək imkanı yaradır. Ən əsası isə, əmək haqqı kartlarına sahib olan əməkdaşlar ölkədaxili istənilən bankın bankomatından vəsaitlərini heç bir komissiya tutulmadan nağdlaşdıra biləcəklər.
Bu da son deyil! “Expressbank” “Visa Expresso Salary” əmək haqqı kart sahiblərinə həm də əlavə gəlir qazanmaq imkanı yaradır. Belə ki, kartın debet qalığına illik 3 % gəlir hesablanacaq.
Bundan əlavə əmək haqqı kartları ilə istər onlayn istərsə də POS-terminal vasitəsi ilə “Expressclub” tərəfdaşlarında alış-veriş zamanı 30 %-dək “cashback” qazanmaq da mümkündür.
Əmək haqqı kartına vəsaitin mədaxili zamanı isə SMS-məlumatlandırma xidməti tam pulsuzdur.
Əməkdaşlarınızın qayğısına qalmaq üçün belə fürsəti əldən qaçırmayın.
Ətraflı məlumat üçün “Expressbank”ın istənilən filialına yaxınlaşa və ya 132 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.
Şəffaflıq.az
Facebook-da paylaş