Türkiyə və ABŞ müdafiə nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

 Türkiyənin müdafiə naziri Hulusi Akar və onun amerikalı həmkarı Loyd Ostin arasında telefon danışığı olub.
Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Tərəflər telefon danışığı zamanı NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Kabulun beynəlxalq hava limanında təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə ediblər.
Tərəflər hava limanının təhlükəsiz istismarı ilə bağlı iki ölkənin texniki nümayəndə heyətləri arasında aparılan danışıqların gedişi barədə fikir mübadiləsi aparıblar.
Söhbətin müsbət və konstruktiv şəkildə keçirildiyi qeyd olunur. Nazirlər sabah məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}