Haiti prezidenti öldürülüb
Haiti Prezidenti Jovenel Moiz evində güllənərək öldürülüb.
Şəffaflıq.az “Deutshce Welle” nəşrinə istinadən xəbəer verir ki, bunu ölkənin baş naziri vəzifələrini icra edən Klod Cozef deyib.
Onun sözlərinə görə, prezidentin evi yerli vaxtla gecə saat 01:00-də naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Hücum zamanı ölkənin birinci xanımı Martine Moiz də yaralanıb. O, hazırda xəstəxanadadır.
Xəbəri paylaş
Facebook-da paylaş