Mərkəzi Bankdan saxta pullarla bağlı AÇIQLAMA


 

Vətəndaşlarda pul nişanının həqiqiliyi ilə bağlı hər hansı şübhə yarandıqda onu Mərkəzi Banka və ya onun ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən istənilən kommersiya banklarına ekspertiza üçün təqdim edə bilər.

Şəffaflıq.az bildirir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, AMB qanunvericiliklə müəyyən olunmuş funksiyalardan irəli gələrək pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə istiqamətində davamlı tədbirlər həyata keçirir:

“Bu tədbirlərin nəticəsində son 4 il ərzində tədavüldən aşkar edilmiş saxta pul nişanlarının həcmi 50 faizdən çox azalaraq 2021-ci il ərzində 181 ədəd təşkil edib ki, bunun da yalnız 7 faizi 20 manatlıq pul nişanının payına düşüb. Beynəlxalq səviyyədə aparılan qiymətləndirmələr göstərir ki, ötən il respublika üzrə dövriyyədə hər 430 min ədəd kağız pul nişanına bir ədəd saxta pul nişanı, avro zona üzrə hər 58 min ədədə 1 ədəd saxta pul nişanı, Rusiyada isə hər 220 min ədədə bir ədəd saxta pul nişanı düşüb ki, bu da ölkədə milli pul nişanlarımızın saxtalaşdırma səviyyəsinin aşağı olduğunu göstərir”.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən pul nişanının saxta olması müəyyən edildikdə müvafiq tədbilərin görülməsi üçün pul nişanını hüquq mühafizə orqanına təqdim edilir:

“Qanunvericiliyin tələbinə əsasən saxta pul nişanının nominal dəyəri ödənilmir və geri qaytarılmır. Saxta pul nişanının hazırlanması və satışı ilə məşğul şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}