İsmayıllıda İstedadlı məktəblilərlə görüş keçirilib.-FOTO

 
İsmayıllıda buraxılış imtahanlarında və müsabiqələrdə uğur qazanmış bir qrup məktəblilərlə görüş keçirilib.

Şəffaflıq.az xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı, təhsil şöbəsinin müdiri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon təşkilatının sədri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı İsmayıllı təhsilində də öz təzahürünü göstərir.

Pandemiyanın təhsildə yaratdığı çətinliklərə baxmayaraq təhsil işçiləri, müəllimlər məktəblərin bağlı olduğu dövrdə də  əllərindəki bütün imkanlardan istifadə edərək şagirdlərin təhsil uğurları qazanmalarına nail olublar.

Rayon rəhbəri məktəblilərlə səmimi söhbət edərək, bu millətin, bu xalqın, işıqlı sabahının məhz onlardan asılı olduğunu vurğulayıb.

Görüşdə Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsinin,  "Nizami Gəncəvi ili" çərçivəsində keçirilən " Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşa yazı müsabiqəsinin, "Qarabağ uşaqların gözü ilə" videoçarx müsabiqəsinin, idman yarışları, buraxılış imtahanları, fənn müsabiqələri və olimpiadaların, “Sabahın alimləri" kimi nüfuzlu müsabiqələrin qalibləri olmuş istedadlı və təhsildə yüksək nəticələri olan məktəblillərə Təhsil Nazirliyinin və Rayon İcra Hakimiyyətinin diplom və qiymətli hədiyyələri təqdim edilib.
 Şagirdlər onlara göstərilən diqqət və qayğıya görə müəllimlərinə və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Sonda təltif olunan məktəblilərlə birgə xatirə şəkli çəkilib.


Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}