Problemli kreditlərlə bağlı gələn həftə qərar veriləcək

 

Gələn həftə adları bankların qara siyahısına düşmüş şəxslərlə bağlı qərar veriləcək.


Gələn həftə adları bankların qara siyahısına düşmüş müharibə iştirakçıları ilə bağlı qərar veriləcək. Müharibənin bitməsindən 7 ay keçməsinə baxayaraq, hərbçilərin problemli kreditləri ilə bağlı problem qalmaqdadır. Belə ki, əməliyyatlar dövründə döyüşlərdə olan hərbi qulluqçuların banklara olan kredit ödəmələri məlum səbəblərdən gecikib. Bu gün həmin şəxslərin böyük əksəriyyətinin adı Mərkəzi Bankın qara siyahısına düşüb.

Bilməyənlər üçün qeyd edək ki, Mərkəzi Bank yanında fəaliyyət göstərən Mərkəzi Kredit Bürosu bütün banklardan problemli kreditlərə dair siyahı tələb edir, adı bu ümumi siyahıda problemli müştəri kimi qeyd edilən müştərilərə digər banklar adı qara siyahıdan çıxarılana qədər kredit vermirlər. 7 ay keçib, lakin hələ də adı qara siyahıda olan hərbçilər kredit haqlarını bərpa edə bilmirlər.Müxtəlif banklara göndərdiyimiz sorğulara verilən ümumi cavab velə oldu ki, banklar müştərilərinin adını bu siyahıdan çıxarmaq imkanına malik deyillər, bu səlahiyyət yalnız MKB-yə verilib.

Əldə etdiyimiz məlumata görə, bu həftə MKB bütün banklardan problemli kreditlərin siyahısını verməyi tələb edib. Gələn həftə MKB hansı qərarı çıxaracaq, bunu bir balaca gözləmək lazım gələcək. Böyük ehtimalla MKB iki istiqamətdə qərar çıxara bilər. 


Birincisi, hərbçilərin adları qara siyahıdan çıxarıla bilər. İkincisi, bu siyahılar banklara geri göndəriləcək və adların qarşısında kreditlərin müharibə səbəbi ilə gecikdiyi qeyd ediləcək. Lakin bundan sonra banklar həmin şəxslərə kredit verəcəkmi, bu, tövsiyə ediləcəkmi? Hələlik MKB-dən bu sualımıza cavab almamışıq.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}