Hərbi Dəniz Qüvvələrinin komandanı təlimlərin məqsədini açıqlayıb

 "Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycanın ərazi sularında ölkənin hərbi, siyasi, iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində enerji infrastrukturlarının müdafiəsi, mühafizəsi, bununla yanaşı sualtı neft-qaz boru xətlərinin monitorinqinin təşkil olunması məqsədi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən bu gündən etibarən təlimlərə başlanılıb".
Şəffaflıq.az xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təlimlərdə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstələri, döyüş təminatı gəmiləri, təminedici gəmilər dəstəsi iştirak edir: "Təlimin əsas məqsədi gəmi taktiki qruplarının müxtəlif şəraitlərdə döyüş hazırlığı fəaliyyətlərinin təşkil olunması, birgə əməliyyat planlarının işlənilməsi, şəxsi heyətin dəniz vərdişlərinin təkmilləşdirilməsi, gəmi taktiki qruplarının və gəmilərin tək-tək döyüş hazırlığının və onların qarşılıqlı fəaliyyətinin yoxlanılması və bir neçə tədbirlərin həyata keçirilməsidir".
Qeyd edək ki, təlimlər 22-23 iyun tarixlərini əhatə edəcək.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}