Əsas Səhifə > Gündəm > Hərbi Dəniz Qüvvələrinin komandanı təlimlərin məqsədini açıqlayıb
Hərbi Dəniz Qüvvələrinin komandanı təlimlərin məqsədini açıqlayıb22-06-2021, 10:06 |
![]() Şəffaflıq.az xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, təlimlərdə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstələri, döyüş təminatı gəmiləri, təminedici gəmilər dəstəsi iştirak edir: "Təlimin əsas məqsədi gəmi taktiki qruplarının müxtəlif şəraitlərdə döyüş hazırlığı fəaliyyətlərinin təşkil olunması, birgə əməliyyat planlarının işlənilməsi, şəxsi heyətin dəniz vərdişlərinin təkmilləşdirilməsi, gəmi taktiki qruplarının və gəmilərin tək-tək döyüş hazırlığının və onların qarşılıqlı fəaliyyətinin yoxlanılması və bir neçə tədbirlərin həyata keçirilməsidir". Qeyd edək ki, təlimlər 22-23 iyun tarixlərini əhatə edəcək. Geri qayıt |