Şirvanda bıçaqlanma hadisəsi baş verib.

 Şirvanda bıçaqlanma hadisəsi baş verib.
Şəffaflıq.az-ın məlumatına  görə, hadisə münaqişə zəminində Şirvanın köhnə şəhər massivi adlanan ərazisində qeydə alınıb.
Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxi Veys oğlu tanışı tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq yaralı əməliyyat stolunda ölüb. Münaqişə zamanı yaralanan şəxsin qardaşı oğlu Murad Babayev də qulağından yüngül bıçaq xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.APA

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}