İstanbulda gəmi qayıqla toqquşdu - ölənlər var

 

Türkiyənin İstanbul şəhərində Sultan Səlim Körpüsünün altında “AS ROSAILA” adlı ticarət gəmisi balıqçı qayığı ilə toqquşub.

Şəffaflıq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nəticədə, qayıq batıb.


Qəza 16:00 radələrində baş verib. Əraziyə xilasedicilər cəlb edilib. Qayıqda olan üç nəfərdən biri hadisə yerində, biri xəstəxanada həyatını itirib. Bir nəfərin isə həyatını xilas etmək mümkün olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}