Məktəblərdə “Son zəng” çalınır
Şəffaflıq.az xəbər verir ki, 27 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, məhdud sayda müəllimlər iştirak edirlər.
Tədbirdən öncə jurnalistlərə açıqlama verən İdarənin müdiri Mehriban Vəliyeva xatırladıb ki, “Son zəng” tədbiri məktəblərin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilir: "XI sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində tədbir iki mərhələdə təşkil olunur".
"Son zəng" tədbiri tədbirində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilir.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 34 874, XI siniflərini isə 20 024 nəfər bitirib. Paytaxtda 44 847 nəfər I sinfi, 146 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.
Facebook-da paylaş