Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?


  

Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə pensiyaya çıxan şəxslər üçün 25 il olaraq “staj aministiyası” hesab olunacaq.
2006-cı ilə qədər olan staj müddəti “staj aministiyası”na düşəcək.
Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj təqdim ediləcək və 2021-ci ildən etibarən isə bu staj aministiyası bir il-bir il azalmağa başlayacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, staj illəri 25-dən artıq olan şəxslərə xələl gətirilməyəcək və həmin insanlar fərdi qaydada müraciət edib, stajlarını təsdiq etdirə bilərlər:
“Bizim hesablamalarımız göstərir ki, pensiya yaşına çatanların çoxunda bu staj yoxdur. Əlimizdə fərdi uçot rəqəmləri var, bunun əsasında 2006-cı ildən sonrakı dövrü hesablayacağıq.
Hazırda fərdi uçot məlumatı olan 3 milyon 600 mindən çox insan var. Pensiya təyinatının tam şəkildə elektronlaşdırılması üçün böyük elektron sistemlər yaradılır, təmizlənir, dəqiqləşdirilir.
Artıq dekabrın 15-dən etibarən test rejimində sınaqlar keçiriləcək. Yanvarın 1-dən isə real rejimdə pensiya təyinatlarına başlanılacaq”.
Qeyd edək ki, gələn il pensiya yaşı kişilər üçün 64, xanımlar üçün 61-dir. \\oxu.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}