Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?
Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?18-11-2018, 12:02 |
Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə pensiyaya çıxan şəxslər üçün 25 il olaraq “staj aministiyası” hesab olunacaq. 2006-cı ilə qədər olan staj müddəti “staj aministiyası”na düşəcək. Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj təqdim ediləcək və 2021-ci ildən etibarən isə bu staj aministiyası bir il-bir il azalmağa başlayacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, staj illəri 25-dən artıq olan şəxslərə xələl gətirilməyəcək və həmin insanlar fərdi qaydada müraciət edib, stajlarını təsdiq etdirə bilərlər: “Bizim hesablamalarımız göstərir ki, pensiya yaşına çatanların çoxunda bu staj yoxdur. Əlimizdə fərdi uçot rəqəmləri var, bunun əsasında 2006-cı ildən sonrakı dövrü hesablayacağıq. Hazırda fərdi uçot məlumatı olan 3 milyon 600 mindən çox insan var. Pensiya təyinatının tam şəkildə elektronlaşdırılması üçün böyük elektron sistemlər yaradılır, təmizlənir, dəqiqləşdirilir. Artıq dekabrın 15-dən etibarən test rejimində sınaqlar keçiriləcək. Yanvarın 1-dən isə real rejimdə pensiya təyinatlarına başlanılacaq”. Qeyd edək ki, gələn il pensiya yaşı kişilər üçün 64, xanımlar üçün 61-dir. \\oxu.az Geri qayıt |