İsmayıllıda monitorinq qrupları tərəfindən karantin rejimi ilə bağlı reydlər davam edir
İsmayıllı rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün nəzarət tədbirləri davam etdirilir.
Şəffaflıq.az xəbər verir ki,Rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) numayəndələrindən ibarət monitorinq qrupları xüsusi karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə reydlər keçirir, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar.
İyun ayının 11-də keçirilən növbəti reyd zamanı ictimai-iaşə obyektlərində masalar arası məsafənin saxlanılmasının, gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin qorunmasının, ictimai yerlərdə tibbi maskalardan istifadənin vacibliyi vətəndaşlara izah edilib. Sakinlərə, həmçinin koronavirus infeksiyasının qarşısının alınması, sağlamlıqlarının qorunması üçün ölkədə həyata keçirilən peyvəndləmə prosesində fəal iştirak etmələri, kənarda qalmamaları tövsiyə olunub.
Məlumat üçün bildiririk ki, İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə mütəmadi olaraq monitorinqlər aparılacaqdır.
Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az
Facebook-da paylaş