Bu gündən Bakıda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılır

    Bu gün səhər saat 06:00-dan Bakıda şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.
Bu barədə Şəffaflıq.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən bildirilib.
Qeyd edilib ki, 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilir.
“Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik”, - BNA-dan əlavə edilib.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}